“Qırmızı şeytanlar” Van Qala “rəhmət oxuyur”
02.10.2016 - 17:53
“Qırmızı şeytanlar” Van Qala “rəhmət oxuyur”

İngiltərə Premyer Liqasının VII turunda “Stok Siti” ilə qarşılaşan “Mançester Yunayted” matçdan 1:1 hesablı bərabərliklə ayrılıb. Apasport.az saytının məlumatına görə, bu, “manukunianlar”ın Joze Mourinyonun rəhbərliyi altında topladığı 13-cü xaldı.

 

Maraqlıdır ki, ötən mövsüm uğursuz nəticələrə görə klubdan qovulan hollandiyalı baş məşqçi Lui Van Qalın komandası ilk 7 həftədə 16 xal toplamışdı.

 

Qeyd edək ki, “qırmızı şeytanlar” hazırda 13 xalla 6-cı pillədə qərarlaşıb. 

0