“Real” birinciliyi əldən verdi
13.07.2016 - 22:44
“Real” dünyanın ən bahalı idman klubları sırasında birinci pillədəki yerini əldən verib. Apasport.az saytının məlumatına görə, “Forbes” jurnalı idman klublarının yeni reytinqini açıqlayıb.
Birinci yerdə 4 milyard dollar dəyərə sahib olan Amerika Futbolu Liqası klublarından “Dallas Kovboys” yer alıb.
Son üç ilin birincisi “Real” isə ikinci pilləyə geriləyib. Onun dəyəri 3.65 milyradla ölçülür.
İlk üçlüyü isə digər bir ispan klubu “Barselona” qapayır – 3.55 milyard.
0
0