Madrid “Real”ı aparıcı oyunçularından olan Toni Kroosun transfer qiymətini açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi almaniyalı futbolçunu 300 milyon avro qarşılığında satmağa razılaşacağını bildirib.
Son vaxtlar adı müxtəlif klublarla birgə hallanan Kroosun “Real”la 2020-ci ilin yayına qədər sözləşməsi var.
İspaniya mətbuatında madridlilərin 26 yaşlı futbolçu ilə yolları ayırmaq istədiyi haqda xəbərlər yayılsa da, Almaniya yığmasının üzvünə qoyulan transfer qiyməti bu məlumatların doğru olmadığı göstərir.
Qeyd edək ki, Kroos “Real”a 2014-cü ildə “Bavariya”dan transfer olunub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”