“Real” nəhayət oyunçusunu satmağa razılıq verdi
06.08.2016 - 01:04
“Real” mövsümöncəsi hazırlıq turnesindən dönəndən sonra heyətdə bəzi komplektləşdirmə işləri aparmaq istəyir. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, madridlilər nəhayət İskonu satmağı qərara alıb.
Belə ki, Marko Asensao və Xames Rodrigezi yeni mövsüm üçün komandada saxlamağı planlaşdıran “kral klubu” bunun üçün gənc ispanı gözdən çıxarmağa hazırdı.
Ancaq paytaxt təmsilçisi oyunçusunu o qədər də ucuza vermək niyyətində deyil. Belə ki, İskonun satışından əldə ediləcək gəlir Sane və Poqbanı heyətə cəlb etmək üçün istifadə olunacaq.
0
0