“Real”ın müdafiəçisi Avropa çempionatını buraxacaq
14.04.2016 - 18:48
Portuqaliya yığması yayda keçiriləcək Avropa çempionatında Fabio Koentraonun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb təcrübəli müdafiəçinin zədələnməsidi.
“Monako”da icarə əsasında çıxış edən “Real”ın futbolçusu gələn həftə əməliyyat olunacaq. Koentraonun sıraya dönməsi 3 aydan 6 aya qədər vaxt ala bilər. Bu isə o deməkdi ki, Fabio AÇ-2016-nı kənardan seyr etməli olacaq.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu vaxta qədər Portuqaliya yığmasında 51 oyunda 5 qola imza atıb.
- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
0
0