“Rəqibə çətin anlar yaşada bildik”
25.02.2016 - 15:34
“Rəqibə çətin anlar yaşada bildik”

“İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

 

O, Macarıstan millisi ilə bu gün keçirilən yoxlama oyunundakı 0:1 hesablı məğlubiyyətə şərh verib: “Ancaq sonradan yarımmüdafiənin mərkəzində buraxdığımız səhvlər qapımıza daha çox hücumla nəticələndi və rəqib yaratdığı imkanlardan istifadə edib qələbə qazandı. İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik. Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim”.