Ölkə çempionatlarında ən uzun quru oyunlar seriyaları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının AZAL klubunun ev seriyalarında ilk “onluq”da yer alıb.
Tərlan Əhmədovun yetirmələri azarkeşləri önündə keçirdiyi son 5 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. “Təyyarəçilər” davam etməkdə olan seriyalar arasında 5-ci nəticəyə malikdi.
Bu gün “Rəvan”ı sınağa çəkən AZAL Topaz Premyer Liqasının XXIII turunu da qol buraxmadan tərk etsə, İspaniya “Vilyarreal”ına çatacaq. Bu komanda da 6 ev oyununda qol buraxmayıb.
Qeyd edək ki, siyahıya hərəyə 7 matçdı öz meydanında qapısını toxunulmaz saxlayan 3 komanda başçılıq edir. Onlar arasıdna ən tanınmışı Fransa “Strasburq”udu.