“Rəvan” seleksiya toplanışına başladı
23.07.2015 - 15:46
2015-2016 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Rəvan” komandası hazırlıqlara start verib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "aslanlar” dünən axşam saatlarında "Bayıl Arena”da bir araya gəliblər.
İlk məşq günündə Emin Quliyevin rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları ikitərəfli oyunda sınayıb.
Düşərgəyə təşrif buyuran futbolçular bu günə təyin olunmuş məşqdə də özlərini göstərməyə çalışacaqlar. Seleksiya xarakterli toplanış komanda komplektləşənə qədər davam edəcək.
0
0