Klublararası dünya çempionatında ikinci yarımfinal oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, finala çıxmaq uğrunda İspaniya təmsilçisi “Barselona” ilə Çin klubu “Quanqjou” qarşılaşıb.
Yaponiyada keçirilən matça “Barsa” Lionel Messi və Neymarsız çıxmasına baxmayaraq, ispanlar asan qələbə qazanmağa nail olublar. Uruqvaylı hücumçu Luis Suaresin 39, 50 və 67-ci dəqiqədə vurduğu qollar avropalılara 3:0 hesablı qələbə qazandırıb. Bununla da “Barselona” Klublararası Dünya Çempionatının finalında Argentina klubu “River Pleyt”ə rəqib olub.
Qeyd edək ki, final görüşü dekabrın 20-də oynanılacaq. Həmin gün “Quanqjou” yarımfinalda “River Pleyt”ə (0:1) uduzan “Hiroşima” (Yaponiya) ilə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcək.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü