“Roma” “Milan”ın oyunçusunu transfer etdi
21.06.2016 - 21:45
“Roma” “Milan”ın oyunçusunu transfer etdi

"Roma" son mövsümün ikinci dövrəsini icarə əsasında komandada keçirən hücumçu Stefan El-Şaaravinin transfer hüququna yiyələnib. Apasport.az-ın məlumatına görə, bu barədə məlumatı "canavarlar"ın saytı yayıb.

 

Paytaxt klubu 23 yaşlı futbolçunun keçidi üçün onun müqaviləylə məxsus olduğu "Milan"a 13 milyon avro ödəyib. Anlaşmaya əsasən, Şaaravi qarşıdakı 4 ildə "Roma"nın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, ötən mövsümün ilk dövrəsini "Monako"da keçirən hücumçu, ikinci dövrədə "Roma"ya icarəyə verilmişdi. Şaaravi paytaxt klubunda 16 oyun keçirib, 8 qola imza atıb.