“Roma” yarımmüdafiəçi Miralem Pyaniçi sata bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “La Gazetta dello Sport” nəşri xəbər yayıb.
Bildirilib ki, “canavarlar”ın maliyyə məsələlərini balanslaşdırmaq üçün müəyyən məbləğə ehtiyacı var və bu, 30 iyuna qədər həll olunmalıdı. Əgər aradakı fərq həll olunmasa, ali futbol qurumu paytaxt klubunu Avrokuboklarda iştirakdan məhrum edə bilər.
Futbolçunun müqaviləsində onun sərbəst qalma məbləği 38 milyon avro göstərilsə də, “Roma” bosniyalını 30 milyona da satmağa razıdır.
Bosniya və Hersoqovina milli komandasının üzvü ilə “Yuventus”, “Barselona”, “Çelsi”, “Bavariya” və PSJ maraqlanır.