“Sarğı” ona tapşırıldı
09.07.2017 - 18:16
“Mançester Yunayted”in kapitanı Ueyn Runinin komandanı tərk etməsi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Runi sabiq klubu “Evertona” qayıdıb.
“10 nömrə”nin gedişindən sonra MY-nin kaptanının kim olacağı da artıq məlumdu. Belə ki, “qırmızı şeytanlar”ın boş qalan “sarğısı”nı Maykl Kerrik qolunda daşıyacaq. Vitse-kapitan isə Ander Errera olacaq.
Qeyd edək ki, Kerrik “Mançester Yunayted”in şərəfini 2006-cı ildən qoruyur.
0
0