“Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya milliləri növbəti dəfə üz-üzə gəlib. Həsənov 1:0 hesabı ilə qələbə qazandığımız matçda yetirmələrindən razı qalıb: “Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı qələbənin təsadüfi olduğunu göstərdik. İlk qarşılaşmada bəsit səhvlərə yol vermişdik və nəticədə böyük hesabla yenilmişdik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”.
Qeyd edək ki, ruslar birinci matçda 5:1 hesabı ilə qalib gəlmişdilər.
Mənbə: affa.az
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”