“Sevilya”dan sürpriz qərar: Emeri gedir, Sampaoli gəlir
13.06.2016 - 12:11
“Sevilya”dan sürpriz qərar: Emeri gedir, Sampaoli gəlir

“Sevilya” klubu gözlənilməz addım atmağa hazırlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik baş məşqçi dəyişikliyi edəcək.

 

Belə ki, Əndəlüs təmsilçisi hazırkı çalışdırıcısı Unai Emeri ilə müqaviləni ləğvinə çalışdıqlarını bəyan edib. Bununla bağlı müraciət Emerinin özündən gəlib. Məlumatda qeyd edilib ki, 45 yaşlı mütəxəssis vəkilləri vasitəsilə klubdan ayrılacağını rəhbərliyə çatdırıb. Emeri ilə müqavilənin təktərəfli ləğv edilməsinə çalışan klub baş məşqçi vəzifəsi üçün argentinalı Jorje Sampaoli ilə danışıq apardığını da gizlətməyib. Sabah Sevilyaya gələcək Sampaoli rəhbərliklə danışıq masası arxasında əyləşəcək. İlk dəfə Avropada klub çalışdıracaq 56 yaşlı mütəxəssisin son iş yeri Çili millisi olub.

 

Qeyd edək ki, 2013-cü ilin yanvar ayında “Sevilya”nın “sükanı” arxasına keçən Unai Emeri La Liqa təmsilçisinə ardıcıl 3 dəfə Avropa Liqasını qazandırıb.