“Sevilya”nın futbolçusu təcili əməliyyat edildi: “Şaxtyora” qarşı oynamayacaq
26.04.2016 - 20:22
“Sevilya”nın futbolçusu təcili əməliyyat edildi: “Şaxtyora” qarşı oynamayacaq

“Sevilya” UEFA Avropa Liqasının “Şaxtyor”la yarımfinal mərhələsinin ilk qarşılaşmasına itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, əndəlüs klubu əsas oyunçularından biri olan Xose Antonio Reyesin xidmətindən istifadə edə bilməyəcək.

 

Belə ki, təcrübəli cinah hücumçusu appendisit əməliyyatına məruz qalıb. Həkimlər onun ən yaxşı halda bir həftə sonra məşqlərə başlaya biləcəyini bildiriblər.

 

Qeyd edək ki, “Sevilya” ilə “Şaxtyor” arasındakı yarımfinalın ilk oyunu aprelin 28-də Ukraynada baş tutacaq.

0