“Spartak”ın yeni baş məşqçisi bəlli oldu
05.08.2016 - 21:40
Moskva “Spartak”ının yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının “Matç tv”yə istinadən məlumatına görə, paytaxt klubu Qurban Berdıyevlə müqavilə imzalayacaq.
Ötən mövsüm “Rostov”a Premyer Liqanın gümüş medallarını qazandıran məşqçi ilə 2 illik anlaşma imzalanacaq. Mənbə iddia edir ki, artıq tərəflər arasında müqavilənin detalları da razılaşdırılıb.
Qeyd edək ki, “Spartak” UEFA Avropa Liqasında AEK-ə məğlubiyyətdən sonra baş məşqçi Dmitri Aleyniçevi istefaya yollayıb.
0
0