“Sumqayıt” Türkiyədən qayıtdı, istirahətə buraxıldı
27.07.2016 - 15:49
“Sumqayıt” Türkiyədən qayıtdı, istirahətə buraxıldı

“Sumqayıt” Türkiyənin Bolu bölgəsindəki hazırlıq prosesini başa vuraraq vətənə qayıdıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Abasov komandaya 2 günlük istirahət verib.

 

“Gənclik şəhəri” təmsilçisi iyulun 29-dan etibarən "Kapital Bank Arena"da çempionatının yeni mövsümünün ilk turunda “Zirə” ilə keçiriləcək oyunun hazırlığına başlayacaq.

 

Qeyd edək ki, “Sumqayıt”ın “Zirə” ilə görüşü rəqibin meydanında baş tutacaq.