“Trabzonspor”un imtina etdiyi futbolçu “Milan” yolunda
03.02.2017 - 01:40
“Trabzonspor”un imtina etdiyi futbolçu “Milan” yolunda

Uruqvay millisinin üzvü Martin Kaseresin yeni klubunun adına aydınlıq gəlmək üzrədi. Apasport.az saytının məlumatına görə, ötən mövsümün sonunda "Yuventus"dan ayrılan futbolçu "Milan"a keçə bilər.

 

İtaliya mətbuatı yer alan xəbərlərdə 29 yaşlı futbolçunun hazırda "rossenyerlər"lə danışıqlar apardığı bildirilib. Əgər danışıqlar müsbət nəticələnsə, müdafiəçi tibbi müayinədən keçəcək və yaxın günlərdə "Milan"la münasibətlərini rəsmiləşdirəcək. 

 

Qeyd edək ki, Kaseres qış transfer dönəmində Türkiyənin "Trabzonspor" klubu ilə anlaşmışdı. Amma Qara dəniz təmsilçisi maliyyə məsələlərinə görə təcrübəli oyunçunu transfer etməkdən imtina etmişdi.