Yanvarın 13-dən Antalyada təlim-məşq toplanışına başlayan "Xəzər Lənkəran" "Jetısu" klubu ilə dünənki yoxlama oyunundan sonra futbolçulara istirahət verib. Apasport.az saytının xəbərinə görə, Qazaxıstan təmsilçisi ilə heç-heçə (1:1) bitən görüşdən sonra "ağ-yaşıllar"ın düşərgəsində olan 2 futbolçunun taleyinə aydınlıq gəlib.
Belə ki, az öncə 2 illik müqavilə bağlanılan xorvatiyalı qapıçı İvan Çoviçlə anlaşmaya xitam verilib. Cənub təmsilçisinin baş məşqçisi Karles Martorell Bakes "Jetısu" ilə oyunda buraxdığı səhvlərdən sonra Çoviçlə müqavilənin pozulmasını istəyib. Hazırda "Xəzər Lənkəran"ın Bələkdə məskunlaşdığı "Ela Quality Resort" otelində olsa da, 22 yaşlı qolkiperə özünə yeni komanda axtarması məsləhət görülüb.
Bakesin həmyerlisi, Alvaro Silva isə dünənki oyunda özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Əldə etdiyimiz məlumata görə, müdafiənin mərkəzində çıxış edən futbolçu ilə müqavilə bağlanacaq.
Baxışda olan belaruslu İvan Denişeviçin komandada qalıb-qalmayacağı isə qarşıdakı yoxlama görüşlərindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, komandanın hazırlığını və "Jetısu" klubu ilə sınaq matçını izləmək üçün Antalyaya gələn klubun prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov bu gün səhər saatlarında Bakıya qayıdıblar.
“Xəzər Lənkəran” müqavilə bağladığı qapıçını geri qaytardı
20.01.2013 - 16:37
0
0