“Xəzər Lənkəran”la oyunöncəsi “Sumqayıt”da son vəziyyət
28.03.2016 - 18:17
Ölkə çempionatının XXVII turunda “Xəzər Lənkəran”la qarşılaşacaq "Sumqayıt" oyunun hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün növbəti məşqinə çıxıb.
Samir Abasovun komandasında zədəli futbolçu yer almır. Yalnız sarı vərəqə limitini dolduran Rasim Ramaldanov bu görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, martın 30-da keçiriləcək "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu saat 17:00-da start götürəcək.
0
0