“Yuventus” “Barselona” və “Real”la rəqabətə girmək istəmir
02.03.2017 - 22:51
“Yuventus” “Barselona” və “Real”la rəqabətə girmək istəmir

PSJ Avropanın nəhəng klublarının diqqət mərkəzində olan yarımmüdafiəçisi Marko Verrattinin dəyərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Paris klubu italyan yarımmüdafiəçiyə 80 milyon avro qiymət qoyub.

 

İspaniya mətbuatında yer alan xəbərlərdə “Barselona”nın Verrattiyə artıq əvvəlki formasından uzaq olan Andres İnyestanın əvəzedicisi kimi baxdığı qeyd edilib. Katalonların xüsusilə, Çempionlar Liqasının PSJ-yə qarşı oyunundan (0:4) sonra italyan futbolçunu bəyəndiyi bildirilib.

 

“Barsa”dan başqa, “göy-qırmızılar”ın əzəli rəqibi “Real” və İtaliya A seriyası təmsilçisi “Yuventus”un da Verrattinin xidmətində maraqlı olduğu deyilir. Ancaq “qoca sinyora”nın Fransa klubunun 80 milyonluq tələbinin çox olduğunu düşündüyü, ona görə geri addım atacağı deyilir.

 

Qeyd edək ki, Verratti PSJ-yə 2012-ci ildə, “Peskara”dan 12 milyon avro qarşılığında transfer edilib.