“Yuventus” “Çelsi” ilə danışıqlara başladı
19.03.2016 - 16:50
“Yuventus”da icarə əsasında çıxış edən “Çelsi”nin futbolçusu Xuan Kuadrado İtaliyaya birdəfəlik qayıda bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, turinlilər təcrübəli yarımmüdafiəçinin transfer hüququnu almaq niyyətindədilər.
Bu səbəbdən “Yuve” rəhbərliyi qarşı tərəflə danışıqlara start verib. Turin klubunun nümayəndələri Londona yollanaraq, ingilisləri razı salmağa çalışıblar.
Kolumbiyalı futbolçunun özü də “qoca sinyora”da qalmağın tərəfdarıdı.
Qeyd edək ki, Kuadrado “Çelsi”yə ötən il “Fiorentina”dan transfer olunub.
0
0