A seriyasından Super Liqaya
10.02.2017 - 01:59
A seriyasından Super Liqaya

“Yuventus”un futbolçusu Hernanesin Çinin “Fortune” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu barədə superliqa təmsilçisinin rəsmi saytı xəbər yayıb.

 

Çin klubu bu transfer qarşılığında Turin təmsilçisinə 10 milyon avro ödəyib.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"da çıxış edirdi.