“Yuventus” Poqbanı 50 günlük itirdi
20.03.2015 - 01:14
“Yuventus” Poqbanı 50 günlük itirdi

“Yuventus”un zədəli yarımmüdafiəçisi Pol Poqba 2 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/8 final matçında Dortmund “Borussiya” ilə oyunda zədələnən fransalı futbolçu 50 gün “Qoca Sinyora”ya kömək edə bilməyəcək.

 

Ötən gün tibbi müayinədən keçən Poqbanın ombasında dartılma aşkarlanıb.

 

Qeyd edək ki, 22 yaşlı oyunçu Çempionlar Liqasının 1/4 finalını buraxacaq. Əgər Turin klubu yarımfinala yüksələrsə, həmin qarşılaşmada da meydana çıxmayacağı gözlənilir.