Qarşıdakı iki transfer dönəmində oyunçu almaq hüququndan məhrum qalacaq “Real” bunu indidən sığortalamağa çalışır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu ay bir neçə ulduz futbolçunu transfer etmək istəyən "kral klubu”nun gündəmində olan oyunçulardan biri də Pol Poqbadı.
Lakin fransalı yarımmüdafiəçini almaq elə də asan deyil. Çünki “Yuventus” rəhbərliyi komandanın liderlərindən olan futbolçu üçün qarşı tərəfə “qiymət oxuyub”. Belə ki, “qoca sinyora” Poqbanı yalnız 150 milyon avro qarşılığında sata biləcəyini bəyan edib.
22 yaşlı oyunçu özü isə AVRO-2016-ya tam hazır vəziyyətdə yollanmaq üçün mövsümü “Yuventus”da bitirmək niyyətindədi. Onun xidmətində maraqlı olan digər klublar isə “Mançester Siti” və PSJ-di.