UEFA Çempionlar Liqasının yarımfinal cavab qarşılaşması haqqında araşdırmalara başlayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb “Yuventus” və “Monako” arasındakı oyunda azarkeşlərin səbəb olduğu hadisələrdi.
Belə ki, matçın meydan sahibi olan “qoca sinyora” stadionda enib-çıxışlar üçün nəzərdə tutulmuş pilləkanlarda boş yerlər saxlamadığına görə, Avropanın ali futbol qurumunun sərt tədbiri ilə üzləşəcək.
Fransalıların cəzalanmasına isə azarkeşləri səbəb olub. “Knyazlıq klubu”nun fanatları qadağan olunmuş pirotexniki maddələrdən istifadə etdikləri üçün komanda cəriməyə məruz qalacaq.
Yekun qərar iyunun 20-də veriləcək.
Qeyd edək ki, iki komanda arasındakı oyunlarda 2:1 və 2:0 hesablı qələbə qazanan “Yuventus” finala vəsiqə qazanıb.