“Zirə” və “Neftçi” qələbəylə başladı
06.08.2016 - 10:00
“Zirə” və “Neftçi” qələbəylə başladı

Əvəzedicilərin Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, I turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.

 

Paytaxtda keçirilən hər iki qarşılaşmada qalib komanda 2 qol vurub. “Zirə” evdə, “Neftçi” isə səfərdə qalib gəlib.

 

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah baş tutacaq.

 

Əvəzedicilərin çempionatı

I tur

5 avqust

“Zirə” – “Sumqayıt” – 2:0

Muxtar Əliyev, 9, 13

AZAL – “Neftçi” – 1:2

Mahsun Qənbərli, 54 - Bahadur Həziyev, 10; Kamran Mirzəliyev, 56