[b]“Atletiko”nun sabiq futbolçusu dünyasını dəyişdi[/b]
17.11.2016 - 15:35
[b]“Atletiko”nun sabiq futbolçusu dünyasını dəyişdi[/b]

İspaniyanın “Atletiko” klubunun və Rumıniya yığmasının sabiq futbolçusu Daniel Prodan dünyasını dəyişib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 44 yaşında həyatla vidalaşıb.

 

Prodanın ürəktutması nəticəsində öldüyü bildirilib.

 

1996-1998-ci illərdə “Atletiko”nun formasını geyinmiş Prodan karyerası ərzində “Styaua” və “Reyncers” kimi klublarda da çıxış edib. 1993-2001-ci illərdə şərəfini qoruduğu Rumıniya yığmasında 54 oyunda 1 qola imza atıb. O, millinin heyətində DÇ-1994-də ¼ finala qədər irəliləyib, həmçinin Avro-1996-nın final mərhələsində iştirak edib. 
 

Futbolçu karyerasına 2003-cü ildə son qoyan Prodan bir müddət Rumıniya Futbol Federasiyasında idman direktoru vəzifəsini icra edib.