[b]10-cu dəfə Rəşadsız[/b]
03.02.2017 - 14:44
[b]10-cu dəfə Rəşadsız[/b]

“Qarabağ” Premyer Liqanın XVI turunun AZAL-la qarşılaşmasını da Rəşad Sadıqovsuz keçirəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçinin adı matçın protokoluna daxil edilməyib.

 

Kapitanın yoxluğu artıq Ağdam təmsilçisi üçün adi hala çevrilib. Karyerasını bitirməyə hazırlaşan, bu üzdən məşqçilik kurslarına da qatılan Rəşad cari mövsüm Premyer Liqada cəmi 6 oyun keçirib.

 

10-cu dəfə matçı buraxan və “18-liy”ə düşməyən müdafiəçi ötən ilin avqustunda “İnter”lə (1:2) “Sumqayıt” (2:0), sentyabrında “Kəpəz” (1:1), AZAL (6:0), dekabrında “İnter” (0:0), bu ilin ilk matçında isə “Neftçi”yə (1:1) qarşı forma geyinsə də digər qarşılaşmaları buraxıb.