Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq tarixə düşüb. Apasport.az saytının məlumatına görə, o, buna Bundesliqanın XV turu çərçivəsində “Hoffenhaym”la keçirilən qarşılaşmada nail olub.
2:2 hesabı ilə nəticələnən görüşdə komandasına 1 xal qazandıran qolun müəllifi olan Obameyanq ölkə çempionatındakı qollarının sayını 16-ya çatdırıb. Maraqlıdı ki, qabonlu forvard Bundesliqada ardıcıl 2-ci mövsümün ilk 15 turunda 16 qol vuran ilk futbolçu olub. Bundan əlavə, Obameyanq “Borussiya”nın heyətində 100-cü qoluna da imza atmış olub.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir.