[b]1003 gündən sonra[/b]
04.02.2017 - 11:53
[b]1003 gündən sonra[/b]

İsveçrəli hücumçu Daniel Subotiç “Qəbələ”yə qayıdışını qolla qeyd edib. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə də “qırmızı-qaralar”ın formasını geyinən legioner Premyer Liqanın XVI turunun “Neftçi” ilə qarşılaşmasında meydana daxil olub.

 

Sonuncu dəfə 2014-cü il mayın 17-də keçirilən “Sumqayıt”la matçda (3:1) Premyer Liqamızda oynamış hücumçu 993 gündən sonra çempionata qayıdıb.

 

Son qolunu isə 10 gün əvvəl – “Bakı” (3:1) ilə qarşılaşmada vuran Subotiç 1003 gündən sonra rəqib qapısına yol tapıb.

 

Lehioneri “Qəbələ”yə dönüşü isə 988 gündən sonra reallaşıb. Belə ki, Daniel mayın 22-də “Neftçi” ilə kubokun finalında da forma geyinmişdi. Həmin qarşılaşmada penaltilərlə məğlubiyyətə (1:1, pen.2:3) üzülən isveçrəli bu dəfə vurduğu qolla 1:0 hesablı qələbənin memarı olub.