[b]11-ci sınaq: 20-ci qələbənin astanasında[/b]
07.04.2017 - 12:13
[b]11-ci sınaq: 20-ci qələbənin astanasında[/b]

Futzal üzrə Azərbaycan millisi tarixində 11-ci dəfə Avropa çempionatında mübarizəyə start verəcək. Apasport.az saytının məlumatına görə, bütün qitə çempionatlarında iştirak edən yığmamız əvvəlki 10 yarışın 6-da çıxışını seçmə mərhələdə başa vurub.

 

Son 4 yarışın final mərhələsində oynayan millinin ən böyük uğuru AVRO-2010-a təsadüf edib. Həmin vaxt debütant olan komandamız yarımfinala qədər irəliləyib. 7 il öncə Avropanın 4-cüsü olan komandamız 5-ci final mərhələsinə vəsiqələr uğrunda mübarizəni Bakıda aparacaq.

 

Bu, millimizin evdə 3-cü sınağı olacaq. AVRO-2012 və AVRO-2016 yolunda da oyunlarını Bakıda keçirən komandamız ilkə imza atmağa iddialıdı. Məsələ ondadı ki, futzalçılarımız evdə qrup qalibi olmağı bacarmayıb. Hər iki turnirdə 2-ci yeri tutan yığmamızın yeganə qrup qələbəsi isə Slovakiyada baş tutan AVRO-2014-ün seçmə mərhələsi ilə bağlıdı.

 

Macarıstan, Albaniya, Bosniya və Herseqovina ilə qarşılaşmalarda 1-ci yeri hədəfləyən millimiz qitə birinciliklərində 20-ci qələbənin astanasındadı. Artıq sabahkı ilk görüşdə bu yubileyi qeyd edə bilər.

 

Bakı İdman Sarayındakı ilk heç-heçəmiz isə sayca 10-cu olacaq. Bütün qarşılaşmalarda qalib gəlməli olan komandamızın buna imkan verməsi inandırıcı deyil. Ümumiyyətlə, əvvəlki 10 çempionatda yığmamız 45 matç keçirib. 19 qələbə və 9 heç-heçəsi olan futzalçılarımız 17 dəfə uduzub. Azarkeşlərini 156 qola sevindirən milli öz qapısında 152 top görüb.

 

N

il

bizimkilər

O

Q

H

M

TOP

X

YER

1

AVRO-1996

seçmə mərhələ (Hollandiya), 1-ci qrup

5

1

0

4

12-25

3

VI

2

AVRO-1999

seçmə mərhələ (Belçika), 2-ci qrup

2

0

2

0

4-4

2

II

3

AVRO-2001

seçmə mərhələ (Macarıstan), C qrupu

3

1

1

1

12-8

4

III

4

AVRO-2003

seçmə mərhələ (Portuqaliya), 5-ci qrup

3

1

0

2

5-9

3

III

5

AVRO-2005

seçmə mərhələ (Serbiya), 5-ci qrup

3

1

0

2

8-10

3

III

6

AVRO-2007

seçmə mərhələ (Hollandiya). D qrupu

3

1

2

0

17-12

5

II

7

AVRO-2010

seçmə mərhələ (Portuqaliya), VI qrup

3

2

1

0

12-7

7

II

 

 

final mərhələsi (Macarıstan), A qrupu

5

2

2

1

18-13

8

IV

8

AVRO-2012

seçmə mərhələ (Azərbaycan) I qrup

3

2

0

1

13-13

6

II

 

 

final mərhələsi (Xorvatiya), D qrupu

2

0

0

2

9-13

0

III

9

AVRO-2014

Seçmə mərhələ (Slovakiya), B qrupu

3

3

0

0

11-3

9

I

 

 

final mərhələsi (Belçika), C qrupu

2

1

0

1

7-13

3

III

10

AVRO-2016

Seçmə mərhələ (Azərbaycan), IV qrup

3

2

0

1

16-6

6

II

 

 

Pley-off

2

1

1

0

4-2

4

 

 

 

Final mərhələsi (Serbiya), D qrupu

3

1

0

2

8-14

3

1/4

 

Cəmi

 

45

19

9

17

156-152

66