[b]111 ildən sonra təkrarlanan rekord və Mehman Allahverdiyev[/b]
11.05.2016 - 17:11
[b]111 ildən sonra təkrarlanan rekord və Mehman Allahverdiyev[/b]

Cəbəllütariq çempionatında rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXVI tur çərçivəsində keçirilən “Kollec Avropa” - “Britanniya XI” qarşılaşmasında birincilərin hücumçusu Pedro Karrion 11 qol vuraraq 111 illik rekordu təkrarlayıb.

 

O, futbol tarixi ərzində bir çempionat matçında ən çox qol vurmuş macarıstanlı Yeno Karoliyə məxsus rekordu təkrarlayan ilk oyunçu olub.

 

Ümumiyyətlə, indiyə qədər cəmi 4 futbolçu 10 qol həddinə çatıb. “Böyük beşlik” ölkələrinin daxili birinciliklərində ən çox qol vurmuş oyunçu isə bir görüşdə aktivinə 7 top yazdıra bilib.

 

“Kəpəz”in keçmiş hücumçusu Mehman Allahverdiyev də bu siyahıda ola bilərdi. Belə ki, o, müstəqillik dönəmindən sonrakı ilk Azərbaycan çempionatında baş tutan “Kəpəz” – “Ümid” (13:1) qarşılaşmasında 10 qola imza atmışdı. Lakin bunun saxtakarlıqla edildiyi aşkarlandığından, Allahverdiyevin həmin matçdakı 10 qolu ləğv edilmişdi.

 

Bir oyunda ən çox qol vuran futbolçular:

11 qol: Yeno Karoli (“MTK Budapeşt” – “MAFC Budapeşt” 15:1 (Macarıstan) – 15.10.1905)
11: Pedro Karrion (“Kollec Avropa” - “Britanniya XI” - 16:1 (Cəbəllütariq) – 07.05.2016)
10: Anatoli Novojilov (“Tevalte” – “Kalev” - 24:0 (Estoniya) – 27.09.1994)
10: Ernest Vilimovski (“Rux” – “Yunion Turinq” - 12:1 (Polşa) – 21.05.1939)
9: Fernando Peyroteo (“Sportinq” – “Leça” - 14:0 (Portuqaliya) – 22.02.42)
9: Yuri Miterev (“Çixur” – “Zimbru” - 1:15 (Moldova) – 19.06.1997)
8: Fernando Peyroteo (“Sporting” – “Boavişta” - 12:1 (Portuqaliya) – 17.10.1948)
8: Karl Dekker (“Vyana” – “Ostban XI” - 18:0 (Avstriya) – 11.11.1945)
8: Vahe Yaqmuryan (“Ararat” – Axtamar” - 18:0 (Ermənistan) – 11.06.1992)
8: İmre Sklosser (“Ferensvaroş” – “Kerület” - 11:3 (Macarıstan) – 09.06.1912)
8: Cimmi MakQrori (“Seltik” – “Danfermlayn” - 9:0 (Şotlandiya) – 14.01.1928)
8: Ole Anton Olsen (“B 1903” – “Olimpiya” - 15:0 (Danimarka) – 26.09.1909)

 

“Böyük beşlik” ölkələrində bir oyunda ən çox qol vuran futbolçular:
 

İspaniya
7: Laslo Kubala (“Barselona” – “Sportinq Xixon” - 9:0 – 10.02.1952)
7: Aqustin Sauto (“Atletik” – “Barselona” - 12:1 – 08.02.1931)

 

İngiltərə
7: Ted Drake (“Arsenal” – “Aston Villa” - 7:1 – 14.12.1935)

 

Almaniya
6: Deter Müller (“Köln” – “Verder” - 7:2 – 17.08.1977)

 

İtaliya
6: Silvio Piola (“Pro Verçelli” – “Fiorentina” - 7:2 – 29.10.1933)
6: Omar Sivori (“Yuventus” – “İnter” - 9:1 – 10.06.1961)

 

Fransa
7: Andre Abeqqlen (“Soşo” – “Valensyenn” – 25.08.1935)
7: Jan Nikolas (“Ruen” – “Valensyenn” - 9:1 – 11.05.1938)

0