[b]11 il sonra ilk dəfə[/b]
15.09.2017 - 00:57
[b]11 il sonra ilk dəfə[/b]

UEFA Avropa Liqasının ilk turunda səfərdə “Austriya” ilə qarşılaşan “Milan” 5:1 hesablı darmadağına sevinib. Apasport.az saytının məlumatına görə, matçda het-trik edən Andre Silva 11 il sonra bir ilki bacarıb.

 

Belə ki, 21 yaşlı portuqaliyalı 2006-cı ildən bu yana ilk dəfə Avrokuboklarda het-trik edən “Milan”lı futbolçu olub.

 

Sonuncu dəfə belə uğuru Çempionlar Liqasının “Anderlext”lə oyununda Kaka əldə edə bilmişdi.