[b]11 illik qələbə həsrəti bitəcəkmi?[/b]
17.03.2016 - 11:20
[b]11 illik qələbə həsrəti bitəcəkmi?[/b]

Sabah Topaz Premyer Liqasında XXVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun qarşılaşmaları 3 gün davam edəcək.

 

Həftənin ilk qarşılaşması “Bayıl Arena”da baş tutacaq. Turnir cədvəlinin aşağı pillələrində qarşılaşan rəqiblər mövsümdə 3-cü dəfə üz-üzə gələcək. Çempionatın autsayderi “Rəvan” 12 oyunluq qələbə həsrətinə son qoymaq üçün “Sumqayıt” səddini adlamalıdı. Ardıcıl 5 məğlubiyyət alan Bəhmən Həsənovun yetirmələri 3 turdu qol vurmayan “Sumqayıt”la görüşlərdəki tarazlığı xeyrinə dəyişmək əzmindədi. Belə ki, cari mövsümdə 2 dəfə heç-heçə edən rəqiblərin duellərində qalib müəyyənləşməyib.

 

Turun böyük maraqla gözlənilən iki qarşılaşması isə martın 19-da baş tutacaq. Əvvəl turun mərkəzi oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. 6 turdu meydanı qolsuz və xalsız tərk etməyən Ağdam klubu liderliyini daha da möhkəmlətmək üçün səfərə yollanıb. Qurban Qurbanovun yetirmələri mövsümdə məğlub edə bilmədiyi “qırmızı-qaralar”ı səfərdə üstələsə, onlarla xal fərqini 16-ya çatdıracaq. “Qəbələ” isə ötən tur “Zirə”dən aldığı məğlubiyyəti unutdurmaq və 3-cü pilləni əldən verməmək üçün qalib gəlməlidi.

 

Azərbaycanın iki ən köklü klubu “Neftçi” və “Kəpəz” isə mükafat uğrunda mübarizəni davam etdirəcək. Paytaxt təmsilçisi medallara qalan cüzi şanslarını da itirməmək üçün 4 oyunluq qələbə həsrətinə son qoymalıdı. Qərblilər isə 3-cü yer uğrunda mübarizədə vacib xallar üçün 11 ildi uda bilmədiyi rəqibini itkisiz keçməlidi. Son iki turda qalib gələn gəncəlilər 3 xal qazansa, seriyasını üçə çatdıracaq.

 

Çempionatda xal və qol həsrəti 14 oyuna çatan “Xəzər Lənkəran” doğma azarkeşləri önündə “İnter”i qəbul edəcək. Cənublular çempionatın ilk turunda məğlub etdiyi rəqiblə matçda uğursuz seriyalarını qırmağa çalışacaq. Bakılılar isə 3-cü pilləyə yüksəlmək imkanına malikdi. Bunun üçün “Qəbələ”nin xal itirməsini gözləyən “İnter” özü də səfərdən qələbə ilə dönməlidi.

 

Turun son oyununda paytaxt təmsilçiləri üz-üzə gələcək. Öz meydanındakı çempionat oyunlarında uduzmayan “Zirə” AZAL-ı sınağa çəkəcək. Premyer Liqanın debütantı 2-ci pillədəki mövqeyini möhkəmlədib, liderə yaxınlaşmaq üçün “təyyarəçilər”i də itkisiz keçməlidi. AZAL isə həm mövqeyini qorumaq, həm də mükafatlar uğrunda mübarizə aparan komandalarla xal fərqini azaltmaq üçün Zirədə meydan sahiblərinin seriyasını qırmalıdı.

 

 

XXVI tur

18 mart (cümə)

 

21:00. “Rəvan” – “Sumqayıt”
Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 3:3

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Ziya Nəsirov 
"Bayıl Arena"

 

19 mart (şənbə)

15:00. “Qəbələ” – “Qarabağ”
Mövsümün ilk yarısındakı oyunlar: 2:2, 1:1

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

 

18:00. “Neftçi” – “Kəpəz”
Mövsümün ilk yarısındakı oyunlar: 0:0, 1:1

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov
8-ci km qəsəbə stadionu

 

20 mart (bazar)

 

13:30. “Xəzər Lənkəran” – “İnter”
Mövsümün ilk yarısındakı oyunlar: 2:0, 0:2

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Mahir Məmmədov 
Xəzər Lənkəran” mərkəzi stadionu

 

15:30. “Zirə” – AZAL
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 0:1

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

25

16

6

3

40-15

54

2

Zirə

25

13

8

4

29-18

47

3

Qəbələ

25

11

8

6

30-19 

41

4

İnter

25

11

 8

6

25-17

41

5

Kəpəz

25

10

9

6

30-21 

39

6

AZAL

25

9

6

10

15-22

33

7

Neftçi

25

8

8

9

24-27

32

8

Sumqayıt

25

4

10

11

25-35

22

9

Xəzər L

25

3

5

17

10-33

14

10

Rəvan

25

2

8

15

16-37

8

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardir: Nelson Bonilla (“Zirə”) – 10.