[b]11 metrlik nöqtədən 11 səhv[/b]
21.05.2016 - 15:35
[b]11 metrlik nöqtədən 11 səhv[/b]

Topaz Premyer Liqasının başa çatan mövsümündə hakimlər 49 penalti təyin edib.  Apasport.az saytının məlumatına görə, unların 38-i dəqiq, 11-i qeyri-dəqiq olub. Penalti ifaçılarının dəqiqlik faizi 77,6-dı.

 

“Qarabağ” hamıdan çox – 9 belə imkan qazanıb. Ağdamlılar bunlardan birini qaçırıb. “Sumqayıt” hamıdan çox – 3, “Neftçi” 2 dəfə xətaya yol verib. Cəmi 2 dəfə penalti vuran “İnter” isə qola sevinə bilməyib.

 

Penalti vuran komandalar: “Qarabağ” – 9 (1 qeyri-dəqiq), “Neftçi” – 7 (2), “Kəpəz” - 5, “Rəvan” - 5, “Qəbələ” – 5 (1), AZAL – 5 (1), “Sumqayıt” – 4 (3), “Xəzər Lənkəran” – 4 (1), “Zirə” - 3, “İnter” – 2 (2).

 

“İnter” qapısına təyin olunan penaltilərin yarısından çoxunda qola imkan verməməklə də rekordçudu. “Bankirlər” 8 zərbədən yalnız 3-nü buraxıb. Bu göstəricidə 2-ci olan “Sumqayıt” isə ən çox cəzalanan komandadı. 5-ci dəfə qapısına 11 metrlik cərimə zərbə təyin edilən “Neftçi” və “Rəvan” isə bütün belə zərbələri buraxanlar arasında liderdi.

 

Penalti ilə cəzalanan komandalar: “Sumqayıt” – 10 (2), “İnter” – 8 (5), “Kəpəz” – 7 (1), “Neftçi” – 5, “Rəvan” – 5, “Xəzər Lənkəran” - 5 (1), AZAL - – 3 (1), “Zirə” – 2, “Qəbələ” – 2, “Qarabağ” – 2 (1).

 

Mövsüm ərzində 10 hakim penalti təyin edib. Ömər Paşayev hamıdan çox – 8 belə qərar verib. Lakin bunların yarısında qol qeydə alınmayıb. Elvin Əsgərov isə 7 belə sərt cəzaya əl atıb.

 

Penaltilər hakimlər üzrə

hakimlər

penalti

qeyri-dəqiq

Ömər Paşayev

8

4

Elvin Əsgərov

7

1

Fariz Yusifov

6

1

Əliyar Ağayev

5

2

Rauf Cabbarov

5

0

İnqilab Məmmədov

5

0

Ramil Diniyev

5

1

Rəhim Həsənov

3

2

Rəvan Həmzəzadə

3

0

Orxan Məmmədov

2

0

 

Futbolçular arasında rekordçu “Neftçi”nin hücumçusu Ruslan Qurbanovdu. O, 6 penalti zərbəsi yerinə yetirib. Lakin bunlardan biri dəqiq olmayıb. Tural Axundov (Kəpəz), Riçard Almeyda (Qarabağ) hərəyə 5, Ramazan Abbasovla (Rəvan) Aleksey Qay (Qəbələ) 4 zərbəni səhvsiz yerinə yetirib.