Milli komandaların növbəti FİFA reytinqi sentyabrın 3-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, artıq reytinq siyahısının təxmini cədvəli hazırdı.
Bu siyahıda dünyanın 209 yığması yer alıb. Sonuncu dəfə avqustun 6-da açıqlanan cədvəllə müqayisədə təxmini cədvəldə cüzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdı.
Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın geriləyəcəyi gözlənilir. Çünki xal hesabı 302-dən 291-ə qədər azalan Robert Prosineçkinin yetirmələri 110-cu pilləyə düşüb. Son siyahıda 106-cı olan yığmamız 11 xal itirdiyindən təxmini cədvəldə 4 pillə geri düşüb.
Millimiz və “qonşuları”
105 (104). Syerra-Leone - 304
105 (105). Antiqua və Barbuda – 304
107 (110). Salvador – 300
108 (108). Zimbabve - 298
109 (107). Litva - 294
110 (106). AZƏRBAYCAN – 291
111 (111). Namibiya – 284
112 (119). Kuba – 280
113 (115). Sent Vinsent və Qrenadin - 274
114 (113). Mavritaniya – 273
115 (112). Bəhreyn – 272
Təxmini FİFA reytinqinin ilk “onluğ”unda da dəyişiklik diqqət çəkir. 8-ci olan İngiltərə 2 pillə geriləyibsə, Çili eyni qədər irəliləyib. Bu yerdəyişmə avqustun 6-daki siyah ilə müqayisədə ən yaxşı 10 komanda arasında yeganə fərqdi.
İlk “onluq”
1 (1). Argentina – 1442
2 (2). Belçika – 1229
3 (3). Almaniya – 1248
4 (4). Kolumbiya – 1224
5 (5). Braziliya – 1209
6 (6). Portuqaliya – 1186
7 (7). Rumıniya - 1176
8 (10). Çili – 1149
9 (9). Uels - 1146
10 (8). İngiltərə - 1143
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən yalnız İtaliya mövqeyini qoruyacaq. Bolqarıstanla Norveç isə öz yerlərini dəyişiblər. Bundan başqa, Xorvatiya və Malta hərəyə 1 addım geriləyəcək.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
14 (13). Xorvatiya – 1037
16 (16). İtaliya – 1012
68 (69). Bolqarıstan - 503
69 (68). Norveç - 496
160 (159). Malta – 154
Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında isə irəliləyən olmayıb. Norveç və Şimali İrlandiya hərəyə 1 pillə geriləyibsə, Almaniya, Çexiya, San-Marino təxmini siyahıda mövqeyini qoruyub.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1248
20 (20). Çexiya - 940
41 (40). Şimali İrlandiya - 687
69 (68). Norveç - 496
192 (192). San-Marino - 40
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 635 xalla 3 pillə geriləyib. “Ay-ulduzlular” bu cədvəldə 46-cıdı.