[b]12-ci start[/b]
30.08.2017 - 15:26
[b]12-ci start[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti Avropa çempionatının seçmə mərhələsinə başlayacaq. Apasport.az saytının məlumatına görə, səfərdə İsrail yığması ilə görüşəcək Yaşar Vahabzadənin yetirmələri tariximizdə 12-ci tsikıinə start verəcək.

 

Belə ki, yığmamız indiyədək 11 qitə çempionatına vəsiqə uğrunda mübarizə aparıb. AÇ-2007-nin təsnifat mərhələsində büdrəyən yığmamız, 10 dəfə qrup mərhələsində qüvvəsini sınayıb. Daha bir dəfə - AÇ-1998-də millimiz yarışa qatılmayıb.

 

Ardıcıl 9 dəfə startda uduzan komandamız son iki turnirə xalla başlayıb. AÇ-2015-in ilk oyununda bərabərlik sevinci yaşayan millimiz ötən tsiklə qələbə ilə başlayıb.

 

AÇ-1996

06.09.1994. Rumıniya  - Azərbaycan - 5:2

AÇ-2000

04.09.1998. Slovakiya – Azərbaycan - 2:1

AÇ-2002

02.09.2000. Azərbaycan – İsveç - 0:5

AÇ-2004

06.09.2002. Azərbaycan – İtaliya - 0:3

AÇ-2006

03.09.2004. Azərbaycan – Uels - 0:1

AÇ-2007

11.05.2006. Azərbaycan – İrlandiya - -:+

AÇ-2009

02.06.2007. Yunanıstan - Azərbaycan - 4:1

AÇ-2011

05.09.2009. Albaniya - Azərbaycan - 1:0

AÇ-2013

01.09.2011. İngiltərə - Azərbaycan - 6:0

AÇ-2015

08.06.2013. Azərbaycan – Makedoniya - 0:0

AÇ-2017

15.06.2015. Farer adaları – Azərbaycan – 0:1