“Zədədən yenicə dönmüşəm. “Vest Bromviç”də cəmi bir neçə 45 dəqiqə və iki tam 90 dəqiqə keçirmişəm. Çalışacam ki, milliyə dönüşümdə komandama xeyir verə bilim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin futbolçusu Kris Brant deyib.
Uzun müddət zədəli olan və düz 13 aydan sonra milliyə dönən Brant Britaniya mətbuatına açıqlamasında dönüşünü qələbə ilə qeyd etmək istədiyini bildirib: “Hələ ki, yeni stadionumuzda oynamamışam. Uzun müddətdir evdə uduzmuruq. Qrupda yaxşı gedişat əldə etmək üçün müəyyən bir xətt götürmək vacibdir”.
Qeyd edək ki, 31 yaşlı oyunçu 2004-cü ildən şərəfini qoruduğu millidə 54 matçda 1 qol vurub.