[b]13 futbolçuda narkotik maddə aşkarlanıb[/b]
10.02.2017 - 14:57
[b]13 futbolçuda narkotik maddə aşkarlanıb[/b]

İngiltərə Futbol Assosiasiyası 13 futbolçunun narkotik maddədən istifadə etdiyini üzə çıxarıb. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu, 2012/13 mövsümündən 2015/16 mövsümünə qədərki müddətin araşdırılması zamanı ortaya çıxıb.

 

Lakin məlumat assosiasiya tərəfindən əvvəlcə gizli saxlanılıb. Məlum olub ki, futbolçular oyun olmayan günlərdə kokain və ekstazi qəbul ediblər.

 

Həmkarlarımız narkotikdən istifadə etmiş oyunçulardan ikisini - “Şeffild Yunayted”in yarımmüdafiəçisi Djozi Bakster və “Ross Kaunti”nin qapıçısı Aaron Makkerini müəyyənləşdiriblər. Digərlərinin adları isə hələlik gizli saxlanılır.

 

Assosiasiya rəhbərliyi narkotik maddədən istifadə etmiş futbolçuları gizli şəkildə cəzalandırıb.