Azərbaycan Premyer Liqasında mövsümün 15-ci dublu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Dino Ndlovu “İnter”lə səfər matçında 2 dəfə fərqlənib.
3:0 hesablı qələbədə pay sahibi olan afrikalı Azərbaycan çempionatında ilk dublunu rəsmiləşdirib. XXVI turun bu matçınadək 14 futbolçu bir oyunda iki qol vurmuşdu.
Maraqlıdı ki, cari mövsümdə heç bir oyunçu 2 və ya daha çox dubl edə bilməyib. 15 dubla eyni sayda oyunçu imza atıb.
“Qəbələ”nin üzvləri daha çox – 5 dəfə fərqlənib. “Qarabağ”ın oyunçuları 4, “İnter”lilər 3 dəfə fərqlənib. “Zirə”nin aktivində 2, “Kəpəz”də 1 belə hadisə var. “Neftçi”, AZAL və “Sumqayıt”ın oyunçuları isə dubla imza ata bilməyib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı