[b]15 dəqiqə kifayət etmədi: Məğlubiyyət və “zirzəmi”[/b]
20.11.2016 - 00:54
[b]15 dəqiqə kifayət etmədi: Məğlubiyyət və “zirzəmi”[/b]

Almaniya II Bundesliqasında XIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” bu turda səfərdə “Hannover”lə qarşılaşıb.

 

Nazarovun 76-cı dəqiqədə meydana daxil olduğu oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, “Aue” hazırda 10 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.