[b]15 illik prezident istefa verdi[/b]
28.02.2017 - 11:01
“Palermo”nun prezidenti Mauritsio Zamparini istefa verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu xəbəri klub rəsmi saytı vasitəsilə bəyan edib.
75 yaşlı Zamparininin yerinə gələcək şəxs onun şərik olduğu şirkətlərdən birinin sahibi olacaq. 15 gün ərzində adı açıqlanacaq yeni prezident kluba stadion və baza tikdirəcək.
Qeyd edək ki, 2002-ci ildən bəri “Palermo”ya rəhbərlik edən Mauritsio Zamparini geridə qalan 15 il ərzində 36 baş məşqçi dəyişib.
0
0