Gürcüstan millisinin futbolçusu Georgi Navalovskinin “Neftçi” karyerası 15 oyundan ibarət olub. Apasport.az saytının məlumatına görə, Rusiya klubuna keçdiyi üçün ölkəmizi tərk edən gürcüstanlı legioner 4 ay ərzində cəmi 15 qarşılaşmada ağ-qara forma geyinib.
Bu ilin yanvarında transfer olunan müdafiəçi “Neftçi” üçün aprelin sonunda başa çatan mövsümdə komandasının bütü qarşılaşmalarında iştirak edib. O, Premyer Liqanın 14 görüşündə meydana çıxıb və 3 sarı vərəqə alıb.
Lakin bu qarşılaşmalardan birinin nəticəsi ləğv olunduğundan legionerin hesabında 13 çempionat oyunu qalıb. Maraqlıdı ki, Navalovski ölkəmizə ilk gəlişində - 2009/10 mövsümündə də eyni sayda matç keçirmişdi. Həmin vaxt Georgi paytaxtın digər klubu “İnter”in şərəfini qoruyub.
Gürcüstanlının bu dəfəki Azərbaycan karyerasında iki kubok matçı da olub. O. Yarımfinalın “Qarabağ”la oyunlarında iştirak etsə də, komandası ilə finala yüksələ bilməyib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi