[b]15 qol vuruldu, milli üzvü fərqlənə bilmədi[/b]
05.07.2017 - 22:14
[b]15 qol vuruldu, milli üzvü fərqlənə bilmədi[/b]

Növbəti mövsümə hazırlığı davam etdirən klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi “Ayntraxt” da sınaq matçı keçirib.

 

Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi yerli “Heftrix”lə qarşılaşıb.

 

Matç futbolçumuzun komandasının fantastik – 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, yığma üzvü görüşdə fasilədən sonra meydana çıxıb. Lakin o, qol vura bilməyib.