[b]16-ci “dubl”[/b]
07.07.2017 - 00:04
[b]16-ci “dubl”[/b]

Avropa Liqasının I təsnifat mərhələsində oynayan komandalarımız raundu ikiqat qələbə ilə başa vurub. Apasport.az saytının məlumatıa görə, “İnter” Serbiya “Mladost”u (3:0, 2:0), “Zirə” Lüksemburq “Differdanj”ına (2:0, 2:1) rəhm etməyib.

 

Bununla da klublarımızın avrokubokda mərhələni iki qələbəylə başa vurduğu duellərin sayı 16-ya çatıb.

 

“Zirə” ilk rəqibini belə üstələyibsə, “İnter” 4-cü uğurunu rəsmiləşdirib.

 

Bakılılar Avstriya “Kazino”su (+:-, 2:1), Estoniya “Trans”ı (2:0, 5:0) və Moldova “Tiraspol”una (3:2, 3:1) şans verməyib.

 

Qeyd edək ki, texniki nəticə də olsa, ilk “dubl” məhz “İnter”in hesabındadı. “Kazino” səddi 13 il öncə İntertoto kubokunda keçilib.