[b]1658 gündən sonrakı darmadağın[/b]
06.03.2017 - 14:42
[b]1658 gündən sonrakı darmadağın[/b]

Azərbaycan Premyer Liqasının XXI turu “Sumqayıt”ın son 4 mövsümdə ən ağır ev məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”a 0:4 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi çempionat oyunlarında doğma azarkeşləri önündə belə darmadağına 1658 gün əvvəl üzülüb. 

 

Bu da 2012/13 mövsümünə təsadüf edib Həmin vaxt sumqayıtlılar öz meydanında daha pis – 1:6 hesabı ilə məğlub olmuşdu. 2012-ci il avqustun 19-dakı qarşılaşmada da qonaq qismində məhz “Qarabağ” olub.

 

Sonrakı matçlarda daha acınacaqlı məğlubiyyətlər yaşamasına baxmayaraq, “Sumqayıt” evdəki çempionat oyunlarında 4 və daha çox top fərqilə uduzmayıb.

 

Qeyd edək ki, Samir Abasovun yetirmələri cari mövsümdə kubok matçlarında da məhz “Qarabağ” tərəfindən darmadağına məruz qalıb. Səfərdə 0:6 hesablı yenilgi yaşayan sumqayıtlılar evdə də böyük hesabdan qaça bilməyib – 2:5.