[b]16 günlük fasiləyə son: Liderin ev, izləyicilərinin səfər sınağı[/b]
08.09.2016 - 10:51
[b]16 günlük fasiləyə son: Liderin ev, izləyicilərinin səfər sınağı[/b]

Saban Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasiləyə son veriləcək. Apasport.az saytının məlumatına görə, 16 günlük fasilədən sonra IV tura start veriləcək.

 

Turun qarşılaşmaları 3 gün davam edəcək. Çempionatın lideri “Qarabağ” bu turu evdə keçirəcəksə, ən yaxın izləyiciləri – “Zirə”, “İnter” və “Qəbələ” səfərdə meydana çıxacaq.

 

İlk oyun günündə “Qarabağ” AZAL-ı sınağa çəkəcək. Liderlə autsayder Masazırdakı “Əlincə Arena”da üz-üzə gələcək. Ardıcıl 3-cü qələbəsini qazanmağa çalışacaq son üç mövsümün çempionu qol seriyasını davam etdirmək əzmindədi. Belə ki, “ağ-göylər” 20 matçdı meydanı qol vurmadan tərk etmir. “Təyyarəçilər” isə 7 oyunluq qələbə həsrətinə son qoymaqla liderin dəyişməsinə səbəb ola bilər.

 

Mövqeyini qorumaq üçün qalib gəlməli olan liderin büdrəməsindən ertəsi gün meydana çıxacaq “Qəbələ” də yararlana bilər. Çempionatın potensial lideri olan “qırmızı-qaralar” Bakıda “Neftçi”nin qonağı olacaq. 4 oyundu qol buraxmayan əyalət klubundan fərqli, bakılıların işləri yaxşı getmir. “Ağ-qaralar” son iki turda qola da, xala da həsrətdi. Artıq uzun müddətdi istefa qorxusu başı üzərindən əskik olmayan “Neftçi” mövqeyini daha da pisləşdirməmək üçün xal qazanmalıdı.

 

Turun son günündə iki görüş keçiriləcək. Turnir cədvəlinin əks qütblərində 2-ci olan “Kəpəz”lə “Zirə” Gəncədə görüşəcək. Tarixində rəqibini məğlub etməyən paytaxt klubu bu uğursuz seriyaya son qoymaq əzmindədi. Son iki turda quru hesablı qələbə qazanan və zirvəyə şərik olan zirəlilər autsayderlər sırasında yer alan rəqibə xal verməməklə 1-ci pilləni də ələ keçirə bilər. Qərblilər isə 6 oyunluq qələbə həsrətini bitirmək üçün meydana çıxacaq.

 

Turun son qarşılaşması Sumqayıtda baş tutacaq. Cari mövsümdə uduzmayan “İnter” səfərdə xal hesabını artırmağa cəhd edəcək. “Sumqayıt” isə mövsümdə ilk ev qələbəsini bayram etməyə iddialıdı.  Sonuncular bunu bacarsa, “bankirlər”i arxada qoyacaq. Bakılılar isə liderliyi ələ keçirmək şanslarına malikdi. Lakin bunun üçün “Qarabağ” və “Zirə” xal itirməlidi.

Topaz Premyer Liqası

IV tur

9 sentyabr (cümə)

18:30. “Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov 
“Əlincə Arena”


10 sentyabr (şənbə)

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev 
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov 
“Əlincə Arena”

 
11 sentyabr (bazar)

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov 
Gəncə şəhər stadionu


20:30. “Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov 
Sumqayıt. Şəhər stadionu

 

1.

Qarabağ

3

2

0

1

6-2

6

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

2

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

3

0

1

2

1-5

1

 

Bombardir: Ruslan Abışov ("İnter") - 3 qol