[b]18 oyunda 27 qol vuran hücumçu yığmamızda[/b]
06.03.2017 - 12:56
[b]18 oyunda 27 qol vuran hücumçu yığmamızda[/b]

Azərbaycan millisinə daha üç xarici futbolçu cəlb olunub. Apasport.az saytının məlumatına görə, iki gündən sonra təlim-məşq toplanışına start verəcək U-16-dakı yeni simalar xarici klublarda çıxış edən soydaşlarımızdı.

 

Asif Mirzəyevlə Roman Cəfərov Rusiyadan yığmaya çağırılıb. Moskva klublarında çıxış edən hər iki oyunçunun ampluası hücumçudu. “Torpedo”da oynayan Asif cəldliyi ilə rusiyalı həmkarlarımızın da diqqətini cəlb edib. 2002-ci il avqustun 14-də anadan olan forvard “Torpedo” ilə yanaşı, “Spartak”da forma geyinib. Onun hələ “Torpedo”nun U-12 və U-13 komandalarında keçirdiyi 18 oyunda 27 qol vurmasını nəzərə alsaq, Mirzəyevin 2-3 il əvvəlki məhsuldarlığına söz ola bilməz.

 

Sonuncuların heyətində oynayan Cəfərovun da bombardirlik keyfiyyətləri yüksək deyil. Martın 18-də 15 yaşı tamam olacaq hücumçunun göstəricilərinə baxsaq, Asif qədər məhsuldar olmasa da, daha sanballı klubda oynaması diqqət çəkir. Digər legioner isə Fransadan dəvət edilib. Bu, “Pole Espoirs”da çıxış edən Tərxan Mehdiyevdi.