Əfran İsmayılov “Qarabağ”ın heyətində 20-ci çempionat qolunu vurub. Apasport.az saytının məlumatına görə, əlamətdar qol Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” ilə matçına təsadüf edib.
2:0 hesabı ilə bitən görüşdə ilk qola imza atan yarımmüdafiəçi əyalət klubunda yubiley qolunu vurub. Bu matçadək 139 çempionat matçında 19 dəfə fərqlənən Əfran hər iki rəqəmi əlamətdar həddə çatdırıb. O, 20-ci qolu 140-cı görüşdə vurub ki, bununla da İsmayılovun məhsuldarlığı 0,142-yə bərabərləşib.
Qeyd edək ki, yarımmüdafiəçi 2011/12 və 2015/16 mövsümlərində 6, 2009/10 mövsümündə 5, 2010/11 və 2012/13 mövsümlərində isə 1 dəfə fərqlənib. O, ilk topunu 2009-cu il oktyabrın 21-də səfərdə “Muğan”ın (0:1) qapısından keçirib.